100 yaşı var, amma insanlar 50 yaşında olduğunu düşünür - Uzunömürlü qadın ucuz sirrini açıqladı

100 yaşı var, amma insanlar 50 yaşında olduğunu düşünür - Uzunömürlü qadın ucuz sirrini açıqladı

92 yaşlı Joan Richmond-Wodehouse, insanların tez-tez onun yaşının yarısı qədər olduğunu düşündüyünü iddia edir. Uzunömürlülüyünün sirrinin kifayət qədər ucuz bir vasitədə olduğunu deyir.
 

Sfera.az bildirir ki, sosial mediada Coan nənə kimi tanınan Joan Richmond-Wodehouse (Coan Vudhaus) sensasiyaya çevrilib. 92 yaşında bir qadın yaşından çox gənc görünür və insanlar onun əsl yaşını biləndə çox vaxt inanmırlar.
 

Coan nənə gəncliyinin sirrini bölüşüb. O, ucuz dəriyə qulluq vasitəsi sayəsində çox gözəl göründüyünü düşünür.
 

92 yaşlı Coan nənə insanların yaşını deyəndə ona heç vaxt inanmadığını deyir. Çoxları onun 50 yaşlarında bir qadına bənzədiyini iddia edir.


Coan nənə yeni sosial media yazısında gəncliyinin sirrinin keçmişdə bir çox insanın istifadə etdiyi dəriyə qulluq məhsulunda olduğunu açıqlayıb. Videolarını TikTok-da @joansumner1930 adı ilə yerləşdirən qadın bunun sadəcə Nivea kremi olduğunu bildirib.
 

"Mən 1930-cu il sentyabrın 6-da anadan olmuşam. Müharibədən sonra, təxminən 16 yaşım olanda, “Nivea Creme” yeni çıxmışdı və dostum evimizə gələrək, bu kremi sınamağı təklif etdi. Ona görə bu mükəmməl vasitə idi. O vaxtdan bəri Nivea-dan istifadə etdim”– Coan deyib.
 

Bu videodan sonra insanlar şoka düşüb və çoxu özlərinin də ən qısa zamanda Nivea məhsullarını almağa tələsəcəklərini qeyd edib.
 

"Anamın 90 yaşı var, hamı olduğundan 20 yaş kiçik hesab edir, o da Nivea-dan istifadə edir"- deyə bir istifadəçi yazıb.
 

Coan gənc görünmək üçün xüsusi bir şey etmədiyini və vaxtının çoxunu günəşli İspaniyada keçirsə belə, piroq yeməyə davam etdiyini bildirib.
 

"91 yaşında necə davranacağımı bilmirəm - 21 yaşında olduğum kimi davranıram. Mən həmişə gənc görünürdüm və insanlara yaşımı deyəndə həmişə şok olurlar. Gənc qalmaq üçün xüsusi bir şey görmürəm. Piroqları və ingilis mətbəxini sevirəm, ona görə də İspaniyada belə bu yeməyə sadiq qalıram.Heç vaxt kökəlməmişəm.Hesab edirəm ki, bu, yəqin ki, gəncliyimin sirridir, sadəcə həyatı sevirəm və heç vaxt qocalıq haqqında düşünməmişəm”- deyə qadın əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR