Azərbaycanda taksidən istifadə edənlərin sayı AZALIR

Azərbaycanda taksidən istifadə edənlərin sayı AZALIR

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azalır. 


Sfera.az xəbər verir ki, bu ilin ilk 5 ayında taksidən 28,67 milyon sərnişin istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə taksidən istifadə edən sərnişinlərin sayı 800 min nəfər və ya 2,7 faiz azalıb. Bir il əvvəl taksidən 29,47 milyon sərnişin istifadə etmişdi. 


Bu ilin məlumatlarından görünür ki, 2023-cü ildə hər gün 190 minə yaxın sərnişin taksi xidmətindən istifadə edib.


Ümumilikdə son illərdə taksi xidmətindən istifadə göstəricisi zəifləyir. Bu il cəmi sərnişinlərin 4,4 faizi taksi xidmətindən yararlanıb. 


Ötən ilin ilk 5 ayında sərnişinlərin 5,5 faizi, 2021-ci ilin 5 ayında 8,4 faizi, 2020-ci ildə 3,8 faizi, 2019-cu ilin 5 ayında 4,1 faizi, 2018-ci ilin 5 ayında isə 4 faizi taksilərdən istifadə edib. 


Müqayisə göstərir ki, bu il sərnişin dövriyyəsinin xüsusi çəkisi son 3 ilin ən aşağı səviyyəsinə düşüb. Taksi xidmətində gözlənilən bahalaşmadan sonra burada sərnişin dövriyyəsinin bir qədər də azalması gözlənilir. 


Xatırladaq ki, taksi xidmətlərinin baha olduğu 1990 və 2000-ci illərdə sərnişinlərin 1-2 faizi taksilərdən istifadə edirdi. Sonrakı illərdə taksi xidmətinin ucuzlaşması bu xidmətdən yararlanan insanların sayının artmasına səbəb olub. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR