"Putin məsələnin həllinə yönəlmiş bütün ideyaları dəstəkləyir" - Peskov

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna probleminin həlli yollarını müzakirə etmək üçün bütün təmaslara qapını açıq saxlayır və vəziyyətin həllinə yönəlmiş bütün ideyaları dəstəkləyir".

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.


"Bizim üçün "Ukrayna problemi" ifadəsi tamamilə aydındır. Bu problem bir il əvvəl birdən-birə yaranmayıb, o, uzun onilliklərdir yetişməkdədir. Bu, ölkəmizin təhlükəsizliyinə aiddir.Problem sərhədimizdə etnik ruslara və Rusiya dövlətinə açıq düşmənçilik edən, hər cəhətdən xaricdən yetişdirilmiş bir mərkəzin mövcudluğuna aiddir, NATO-nun sərhədlərinin hərbi infrastrukturu ilə birlikdə bizim ərazimizə qədər genişlənməsinə aiddir”, -  Peskov Ukrayna böhranının arxasında duran amilləri sadalayıb.

 

“Əlbəttə, bu problemin həllinin müxtəlif yolları ola bilər və buna görə də problemin həllinə və bu münaqişənin sona çatmasına yönəlmiş bütün potensial ideyalar Putin tərəfindən dəstəklənir”, - Kremlin sözçüsü qeyd edib.

 

Peskov vurğulayıb ki, Putinin Afrika liderləri ilə görüşünün nəticələrinə əsasən hər hansı sənədi qəbul etmək planı yoxdur.

 

Daha əvvəl Kremlin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya lideri iyunun 17-də Sankt-Peterburqda bir sıra Afrika ölkələrinin yüksək rütbəli nümayəndələri ilə Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün onların birgə təşəbbüsünü müzakirə edəcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...