\"Ukrayna NATO-ya üzv ola bilməyəcək” - Yens Stoltenberq
14:40 / 16.06.2023
7219
“Rusiya ilə münaqişə bitənə qədər Ukrayna NATO-ya üzv ola bilməyəcək”.
Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Onun sözlərinə görə, hazırda alyans münaqişəyə son qoymağa çalışır. “Müttəfiqlərdən heç biri, hətta Ukrayna belə hərbi münaqişənin ortasında alyansa qoşula biləcəyini təsəvvür edə bilmir”, deyə o bildirib.
Bununla belə, o, alyansın Ukrayna qarşısında öhdəliklərinin uzunmüddətli xarakter daşımalı olduğunu vurğulayıb. Stoltenberq əlavə edib ki, hazırda NATO-da münaqişəyə son qoymaq üçün müzakirələr aparılır.
Günay Rəsulqızı