"Dayandırılır" - “Azərsu”dan abunəçilərə MÜHÜM XƏBƏRDARLIQ

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar 17 iyun tarixindən saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaq.

 

Sfera.az xəbər verir ki, bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.

 

Dövlət qurumları ilə bağlı veb servislər

 

APUS ödəniş sistemləri

 

Asanpay Ödəniş sistemi

 

Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri

 

Smart kart ödəniş sistemləri

 

Elektron xidmətlər

 

Smart proqramlar

 

MİS-lə inteqrasiyada işləyən CİS proqramları

 

Məlumat hesabat proqramları (Dashboard-lar)

 

İVR borc öyrən xidməti

 

Mobil oxumalar

 

MİS-in bütün modulları

 

Zəng mərkəzinin MİS qeydiyyat imkanları

 

Digər daxili proqramlar

 

Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.

 

Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.

 


OXŞAR XƏBƏRLƏR