Xaricə ucuz satıb, baha alırıq - RƏQƏMLƏR

Xaricə ucuz satıb, baha alırıq - RƏQƏMLƏR

Azərbaycanın xaricdən aldığı malların dəyəri xaricə satılan malların dəyəri ilə müqayisədə daha böyük sürətlə artır. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında ixrac edilən qeyri neft-qaz malları 3,2 faiz bahalaşdığı halda idxal edilən mallarda bahalaşma 20 faizi ötüb.


Rəsmi məlumatlara əsasən, 2023-cü ilin aprelində idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 18,8 faiz, 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20,5 faiz yüksəlib. 


İdxal edilən mallar sürətlə bahalaşdığı halda ixrac olunan məhsulların qiymətində ciddi artım yoxdur. Belə ki, 2023-cü ilin aprel ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 26,4 faiz, 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,1 faiz ucuzlaşıb. Ümumi ixrac mallarında ucuzlaşmanın səbəbi neft və qazın dəyərinin aşağı düşməsi ilə bağlıdır. Bu il ötən ilə nisbətən neft və təbii qazın dəyəri xeyli aşağı düşüb. 


İxrac olunan qeyri neft-qaz məhsullarının qiyməti isə bir qədər artıb. Qeyri neft-qaz malları 2023-cü ilin aprelində əvvəlki ayla müqayisədə 0,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2,7 faiz, 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz təşkil edib.


Bu məlumatlardan görünür ki, Azərbaycan xaricə əsasən ucuzlaşan mallar satdığı halda xaricdən davamlı bahalaşan mallar alır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR