“Bu qədər vəsait haradan alınacaq?” – Deputat taksi problemindən danışdı

“Bu qədər vəsait haradan alınacaq?” – Deputat taksi problemindən danışdı

"İndi taksi sürücüləri kimlərdir? İşsiz müəllimlər, fəhlələr və s. Onlar 17-18 manat pul ödəyib, qeydiyyatdan keçərək bu sahədə çalışırlar".

 

Sfera.az-ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa deyib. Millət vəkili “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib:

 

"Taksilərlə bağlı mövzuya sosial problem kimi baxmaq lazımdır, bunu nəqliyyat məsələsi kimi nəzərdən keçirmək doğru deyil. Taksi sürücülərinin kursdan keçməsi və digər məqamların maliyyə tərəfi var, bunu kim ödəyəcək? Birinci növbədə ictimai rəyi öyrənmək lazımdır. Bu qədər vəsait haradan alınacaq? Biz bu sahədə problemləri "Baku Bus"da da gördük. Bələdiyyə də yoxdur ki, bu qanun layihəsinin icrasını onun üzərinə yıxaq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR