Putindən rus əsgərlərinə JEST: Əlavə ödənişlər alacaqlar

Putindən rus əsgərlərinə JEST: Əlavə ödənişlər alacaqlar

NATO-nun təchiz etdiyi tankları məhv edən rus əsgərləri əlavə ödəniş alacaq.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu, mükafatlandırma sxeminin bir hissəsidir. “Almaniya istehsalı olan “Leopard” tankları və ABŞ-nin Ukraynaya verdiyi zirehli texnikanı məhv edən Rusiya hərbçiləri bonus ödənişləri alacaqlar”, deyə məlumatda bildirilib.

 

Rəsmi hesabatlara əsasən, hərbi əməliyyatlar zamanı ABŞ və digər NATO ölkələrində istehsal olunmuş “Leopard” tanklarını, habelə zirehli döyüş maşınlarını məhv edən Rusiya Federasiyası silahlı qüvvələrinin hərbçilərinə hazırda ödənişlər edilir.

 

Nazirlik bildirib ki, mayın 31-dək ümumilikdə 10 257 hərbçi Ukrayna və Qərbə məxsus 16 001 hərbi texnikanın məhv edilməsinə görə mükafatlandırılıb. Düşmənin zirehli maşınının 50 000 rubl (465 funt sterlinq/596 dollar), bir tankının isə 100 000 rubl (930 funt sterlinq/1192 dollar) dəyərində olduğu bildirilir. 

 

Türkan




 


OXŞAR XƏBƏRLƏR