Noyşvanşteyn qalasının dəhşəti - Manyak turistlərə hücum edərək onları dərəyə atıb

Noyşvanşteyn qalasının dəhşəti - Manyak turistlərə hücum edərək onları dərəyə atıb

Almaniyada ABŞ-dan olan turist və rəfiqəsi manyakın onları məşhur Noyşvanşteyn qəsri yaxınlığındakı dərəyə atması nəticəsində biri dünyasını dəyişib, digəri isə ağır yaralıdır.
 

Sfera.az xəbər verir ki,Almaniyanın məşhur Noyşvanşteyn qəsri yaxınlığında turistlərə dəhşətli hücum olub.


Şvanqau şəhərinin səlahiyyətliləri qadın cütlüyün mənzərəli Marienbrücke körpüsündə olduğunu bildirib. Qeyd edək ki, bu körpü dərədən keçən bir keçiddir, buradan məşhur attraksionu da görmək mümkündür. Cütlük burada qatil olduğu üzə çıxan bir adamla tanış olub.
 

Onların hər üçü Amerikadan gələn turistlər olub. Turistlər yol boyu müşahidə göyərtəsinə gedib, burada kişi gənc qadından birinə hücum etməyə başlayıb. Polisin bildirdiyinə görə, rəfiqəsi onun köməyinə qaçıb, lakin kişi onu vuraraq körpünün məhəccərindən aşırıb, dərəyə atıb. Daha sonra o, 21 yaşlı turisti boğmağa başlayıb. Polis əməkdaşlarının sözlərinə görə, bundan sonra cinsi cinayətə cəhd edilib. Manyak zərərçəkmişi sıldırım yamacdan itələyərək sevgilisinin yanına yıxılıb.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları və dağ xilasediciləri hadisə yerinə gələrkən şübhəli şəxs hadisə yerindən qaçıb. Daha sonra polis genişmiqyaslı əməliyyat nəticəsində 30 yaşlı kişini həbs edib. O, polis nəzarətində altındadır.
 

Dəhşətli hücumdan sonra hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ancaq 21 yaşlı qadın gecə dünyasını dəyişib. Digər qız isə ağır yaralanıb və xəstəxanadadır.
 

Almaniya KİV-i həm qurbanın, həm də şübhəlinin ABŞ-dan olduğunu iddia edir.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR