10 yaşlı uşaq boğulan körpəni hovuzun dibindən xilas etdi - FOTO

10 yaşlı uşaq boğulan körpəni hovuzun dibindən xilas etdi - FOTO

Böyük Britaniyadan olan 10 yaşlı Lyuis Smit Türkiyənin Belek şəhərində bir otelin çimərkən hovuzun dibində əvvəlcə zibil yığını olduğunu düşündüyü uşağı görüb. Oğlan körpəni çıxardıb, bundan sonra ona hər kəs ona qəhrəman deməyə başlayıb.


Sfera.az Lyuis Smit atası Kreyqlə birlikdə hovuzda az qala boğulan 4 yaşlı uşağa kömək edə bilib. Kişinin dediyinə görə, çıxarılarkən uşağın bioloji ölümü gerçəkləşibmiş.


Hovuzun dibindəki zibil olmadığını tez anlayan Lyuis dörd yaşlı uşağın cansız cəsədini sudan çıxarıb. Sonra qəhrəmanın atası onu özünə gətirə bilib.
 

Ata Kreyq Smit yanğınsöndürəndir və süni tənəffüslə bağlı təlim keçib. O, yaxınlıqdakı xəstəxanaya aparılan dörd yaşlı uşağa kömək etməyi bacarıb.


"Hovuzda idik və adi bir gün idi. Bir müddət qonşu otağıma keçdim. Lyuis dibdə nəsə tapdığını deyəndə yoldaşım Elli hovuzda üç övladımızla birlikdə idi. Əvvəlcə o, bunun zibil parçası olduğunu və ya başqa bir şey olduğunu düşünüb, lakin suyun altına girəndə bunun uşaq olduğunu başa düşüb "-deyə ata Kreyq bildirib.
 

Kişinin dediyinə görə, uşağın nəbzi olmayıb və nəfəs almayıb.
 

Yanğınsöndürən deyir: “Uşağa süni tənəffüs verildikdən sonra biz onun ciyərlərindən suyu çıxara bildik, bundan sonra o, öskürməyə və nəfəs almağa başladı”.
 

Ailə Cənubi Yorkşirdəki qohumlarından dörd yaşlı uşağın səhhəti ilə bağlı mütəmadi olaraq yeniliklər alır.
 

Kreyq oğlunun sürətli hərəkətini tərifləyib.


"On yaşlı bir yeniyetmənin belə uşağı necə çıxara bilməsi qeyri-realdır. Mən onunla fəxr edirəm. Lyuis həmin günün qəhrəman idi"- deyə ata əlavə edib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR