Dağılmış tualetlər və evlər - Belqorod sakinləri rus əsgərlərin vəhşiliyindən şikayət edirlər

Dağılmış tualetlər və evlər - Belqorod sakinləri rus əsgərlərin vəhşiliyindən şikayət edirlər

Belqorod vilayətində Ukrayna ilə sərhəddən çox da uzaq olmayan, boşaldılmış Novaya Tavoljanka kəndinin sakinləri mühafizə üçün buraya göndərilmiş RF Silahlı Qüvvələrinin əsgərlərinin burada olmasını “bütün varlıqları ilə hiss etdiklərini bildiriblər. Kəndlilərin sözlərinə görə, rus döyüşçüləri işğal olunmuş yaşayış məntəqələrində ukraynalıların evləri ilə yanaşı, həm də rusların öz evlərini qarət edib donuz tövlələri qururlar.
 

Sfera.az bildirir ki, bu barədə “NeMoskva Speaks” teleqram kanalı Novaya Tavoljanka sakinlərinin açıqlamalarına istinadən məlumat verib.
 

Belə ki, boşaldılan kəndin sakinləri Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkova rus hərbçilərinin vəhşi davranışından şikayət ediblər.
 

Novaya Tavoljanka sakinlərindən biri: “Onlar bizim evlərimizdə yaşayırlar, çirkin həyat tərzi keçirirlər, spirtli içkilər və başqa əşyalar zibil və kir şəklində qalır, tualetlər və evlər dağıdılır, şəxsi əşyalar və əmlak oğurlanır”.


Qadının sözlərinə görə, RF Silahlı Qüvvələrinin əsgərləri bir çox evlərə soxulur və oradan oğurlana biləcək hər şeyi oğurlayır.
 

"Qarajımızda oğurlanmayan şey qalmayıb. Hazırda Novaya Tavoljanka ərazisində belə hallara tez-tez rast gəlinir. Biz istəmirik ki, evlərimiz müdafiəçilərimizin qəzəbinə sığınacaq olsun"-yerli sakinlərdən biri deyib.
 

Telegram kanalında həmçinin Rusiya ordusu tərəfindən ələ keçirilən Ukrayna qəsəbələrinin sakinlərinin əvvəllər də rus hərbçilərinin oxşar davranışı barədə kütləvi şəkildə şikayətçi olduğunu bildirib.
 

Xatırladaq ki, iyunun 13-də Rusiya prezidenti Vladimir Putin Rusiya hərbçiləri ilə görüşündə Rusiyanın sərhədyanı rayonlarında baş verən hadisələri şərh edib. O, Moskvanın Belqorod vilayətində baş verənlərə lazımi cavab verməyə hazır olmadığını etiraf edib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR