İsveçli eko-aktivistlərdən görünməmiş vandalizm

İsveçli eko-aktivistlərdən görünməmiş vandalizm

İsveç Milli Muzeyində ətraf mühit fəallarının hərəkətini qeydə alan müşahidə kameralarının video görüntülərindən kadr


Stokholmda fransız rəssamı Klod Monenin “Givernidə rəssamın bağı” tablosunun olduğu qoruyucu səthə qırmızı boya sürtən iki qadın saxlanılıb.



Sfera.az İsveç xəbər portallarına istinadən bildirir ki, rəsm muzeydə “Bağ” sərgisi çərçivəsində nümayiş etdirilib və qoruyucu şüşənin altında olub. İsveç Milli Muzeyinin bərpaçıları hazırda kətanın özünə hər hansı zərərin dəyib-dəymədiyini yoxlayırlar.



Stokholm polisi cinayəti ağırlaşdırılmış vandalizm kimi qiymətləndirib. Hələ ki, hadisənin sənət əsərinə necə təsir etdiyi barədə rəsmi açıqlama verilməyib.



Aksiya zamanı iştirakçılar iqlim dəyişikliyi təhlükəsi ilə bağlı ifadələr səsləndiriblər. Onlar da özlərini bu sənət əsərinin çərçivəsinə yapışdırıblar.



Ekoloji fəal qruplardan birinin sözçüsü Helen Valqren bildirib ki, bu aksiyanın məqsədi İsveç hakimiyyətinə ölkədə istixana qazlarının tullantılarını azaltmağın zəruriliyini nümayiş etdirməkdir.



"Vəziyyət təcilidir. Bir tibb bacısı olaraq izləməkdən imtina edirəm. Pandemiya iqlimin dağılması ilə müqayisədə heç nə deyil. Bu, ölüm-dirim məsələsidir"-deyə qadınlardan biri qışqırıb.



"Bağ" adlı sərginin bağlandığı açıqlanıb, lakin tezliklə yenidən ictimaiyyətə açılacağı gözlənilir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...