“Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq

21:28 / 15.06.2023
6954
“Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq.
Sfera.az-ın məlumatına görə, bu barədə klub sosial şəbəkə hesabında xəbər yayıb.
Bildirilib ki, 2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.
Qeyd edək ki, 2018-ci ildə “Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.