“Laçındakı sərhəd məntəqəmizə hücum əvvəlcədən hazırlanıb" - Açıqlama

“Laçındakı sərhəd məntəqəmizə hücum əvvəlcədən hazırlanıb

"Ermənilərin Laçında sərhəd məntəqəsinə hücumu əvvəlcədən hazırlanmışdı".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. Ekspert Ermənistanın dezinformasiya yaymağa hazırlaşdığını deyib:

 

"Ermənistandakı diplomatik korpusların öz vətəndaşlarını Laçın istiqamətinə yaxınlaşmamaqla bağlı xəbərdarlıqları da məlumat sızması nəticəsində baş vermişdi.  Ermənistan sərhəd məntəqəsinin bağlanmasını və Azərbaycanın guya erməniləri blokadada saxlaması ilə bağlı informasiya təbliğatına hazırlaşır. Lakin hazırki vəziyyət təhlükəsizlik məqsədilə sərhəd məntəqəsininin bir müddət bağlı qalmasını labüd edə bilər.

 

Erməni ordusu gələcəkdə öz həmyerlilərinə atəş açaraq bunu Azərbaycan ordusunun üzərinə yıxa və ölkəmizə qarşı iyrənc informasiya müharibəsinə başlaya bilər. Baş verənlər sərhədlərimizin təhlükəsizliyinin və keçid məntəqəsinin təhlükəsizliyini təmin etməyin zəruri olduğunu və Ermənistan silahlı qüvvələrinin buraxılış nöqtəmizdən bir qədər uzaqlaşdırılmasını labüd edir".

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR