“Vaşinqton Ukraynanı Rusiya ilə sülhə məcbur edəcək” - ABŞ-li ekspert
Siyasət
13:14 / 15.06.2023
7011
“ABŞ Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur edə bilər”.
Sfera.az bildirir ki, bu sözləri Pentaqonun keçmiş eksperti Devid Peyn deyib.
“Hərbi və xüsusən də maliyyə dəstəyi olmadan Volodimir Zelenski Rusiya ilə qarşıdurmanı davam etdirə bilməyəcək. Beləliklə, Ukrayna ilkin ərazinin yalnız 82%-nin Kiyevin nəzarəti altında qaldığı hazırkı sərhədin tanınmasına razılıq verməli olacaq”, – David Peyn bildirib.
Hərbi ekspertin fikrincə, NATO ilə Rusiya arasında düşmənçilik üçün heç bir əsas yoxdur: “Eynilə, Kremlin Avropanın qalan hissəsi üçün heç bir hücum planından söz gedə bilməz”.
Türkan