"Kreml süni gərginlik yaradır, Azərbaycan təxribatlarla bağlı “B” variantını işə salacaq" - AÇIQLAMA

Ermənistan Silahlı Qüvvələri dünən növbəti dəfə mövqelərimizi atəşə tutub. Son günlər hər gün oxşar provokasiyalar törədilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu sabotaj cəhdləri Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən sonra intensivləşib:

 

“Düşünürəm ki, təxribatlar sözügedən səfərlə birbaşa əlaqəlidir. Ermənistanla Azərbaycan arasında sülh perskpektivi imkanı son vaxtlar xeyli artmışdı. Sülh müqaviləsinin yaxın vaxtda imzalanacağı gözlənilirdi. Belə bir vaxtda təxribatlar niyə intensivləşdi? Bu iki səbəblə izah oluna bilər. Ya Ermənistan sülh quruculuğu prosesində qeyri-səmimidir və süni şəkildə gərginlik yaradır, ya da Cənubi Qafqazdakı sabitlikdə maraqlı olmayan və “suların durulmasını” istəməyən tərəflər var.

 

Fikrimcə, ikinci ehtimal daha realdır.  Məlumdur ki, hazırda sülh istiqamətində proseslər daha çox Qərb mərkəzlərində davam edir. Bu isə Rusiyanı narahat edir. Rəsmi Moskva Vaşinqton və Brüsselin fəallığını qəbul etmək istəmir. Odur ki, Kremlin süni şəkildə gərginlik yaratması tamamilə mümkündür. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiyanın bunun üçün lazımi imkanları var”.

 

Ekspert deyib ki, Azərbaycanın “A” variantı diplomatik yollarla sülhə nail olmaqdır: “Amma “B” variantımız da var. Ermənistan təxribatlarını davam etdirirsə, biz “B” variantını işə salaraq yeni anti-terror əməliyyatlarına başlaya bilərik”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...