Aytən Səfərova: "Şokdayam"

Aytən Səfərova:

Tanınmış aparıcı Aytən Səfərova efirdə insanları təhqir etməsiylə bağlı iddialara cavab verib.

Sfera.az ölkə.az-a açıqlamasında fikrinin təhrif olunduğunu deyib:

"Tahir müəllimin xətrini çox istəyirəm. Əvvəla, o buğalara yox, qoçlara deyilib, dezinformasiya yaymasın. İkincisi, Tahir müəllim fikri bəzi qeyri-peşəkar jurnalistlər kimi kontekstdən çıxardıb. Ondan əvvəl biz yağlı yeməklərdən və otların faydasından danışdıq. Sonra ulduz falına keçəndə Mətanət dedi, görəsən, qoçlar neynəsinlər? Dedim, yəqin ki, onlar da otlasınlar. Burada həmin bürcdən olan insanlar yox, qoçların özləri nəzərdə tutulub. Tahir müəllim necə diqqətlə qulaq asıbsa, orada cəmi bir cümlə gedib. Bəzəyib-düzəməyi bir qırağa, buğa bürcünün adını çəkib. Mən ümumiyyətlə şokdayam. Tahir müəllimə məsləhətim odur ki, verilişə daha diqqətlə qulaq assın. Çox şadam ki, Azərbaycanın ziyalı təbəqəsinin insanları öz səhərini bizimlə açır".

Xatırladaq ki, bu barədə bizimyol.info-ya hüquqşünas Tahir Əlirzayev məlumat vermişdi. Qeyd olunurdu ki, Səfərova aparıcısı olduğu səhər verilişində buğa bürcü altında doğulan insanları təhqir edib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...