Kəşfiyyatçı İtaliya hökumətinin UFO qəzasını ört-basdır etdiyini iddia etdi

Kəşfiyyatçı İtaliya hökumətinin UFO qəzasını ört-basdır etdiyini iddia etdi

Pentaqon sözcüsü - 36 yaşlı David Grush, Vatikanın qeyri-insani kəşfiyyatın varlığından xəbərdar olduğunu və İkinci Dünya Müharibəsinin sonunda italyan diktatoru Benito Mussolinidən vurulmuş UFO-nu bərpa etməkdə ABŞ-a kömək etdiyini iddia edir.
 

Sfera.az bildirir ki, məlumat verən şəxs ilk UFO-nun 1933-cü ildə İtaliyanın Magenta şəhərində tapıldığını bildirib.


David Grush ABŞ-ın onilliklər ərzində çox məxfi UFO araşdırma proqramı olduğunu və yadplanetlilərin ilk dəfə qəzaya uğramasında "Vatikanın əli olduğunu" iddia edib.

 

Bu adam 14 il Hərbi Hava Qüvvələrində xidmət edib və Əfqanıstandan keçmiş döyüş zabitidir. O, Milli Geoməkan-Kəşfiyyat Agentliyi (NGA) və Milli Kəşfiyyat İdarəsində (NRO) işləyib. Onun rolu Naməlum Təyyarə İşçi Qrupu ilə işləyərkən NRO-nun sözçüsü kimi çıxış etmək olub. Qeyd edək ki, adı çəkilən işçi qrupu UFO hadisələrini araşdırmaq üçün xüsusi olaraq yaradılmışdır.
 

Məlumat verən şəxs ilk UFO-nun 1933-cü ildə İtaliyanın Magenta şəhərində tapıldığını və 1944-1945-ci illərdə Papa XII Pius bu barədə Amerikaya məlumat verənə qədər Mussolininin İtaliya hökumətinin əlində olduğunu bildirib.
 

"Papa amerikalılara italyanların nəyə sahib olduğunu bildirib. Sonra ondan Katolik Kilsəsinin yer üzündə "qeyri-insanların" varlığından xəbəri olub-olmadığını dəqiqləşdirməyi xahiş etdilər və o, müsbət cavab verdi”- deyə kəşfiyyatçı işləyən şəxs bildirib.
 

Onun sözlərinə görə, Benito Mussolininin diktaturası dövründə İtaliyada UFO-nun müşahidə edilməsi halları hamıya məlumdur. O bildirib ki, Mussolininin adamları tərəfindən o dövrdə gördükləri görüntülərin birinci əldən olduğunu iddia edən sənədlər var ki, bunlar arasında yadplanetli kosmik gəmilərin "kobud" rəsmləri də var.
 

"Bütövlükdə bəşəriyyətin bu sahədə geniş tədqiqatlardan faydalanmaması son dərəcə absurddur. Bu, insanların həyat keyfiyyətini yaxşılaşdıra bilən hərəkət, enerji, yeni materialşünaslıq problemlərini həll edə bilər” - deyə kəşfiyyatçı əlavə edib.
 

Daha əvvəl ABŞ-da 500-dən çox UFO müşahidəsi hallarının araşdırıldığı bildirilib. Amerikalıların müəyyən etdiyi 200-ə yaxın naməlum uçan obyektin fövqəltəbii və ya qeyri-adi mənşəli olmadığı bildirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...