Naxçıvanda iki qadını maşın vurdu

Naxçıvanda iki qadını maşın vurdu

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində qeydə alınıb.

 

Avtomobil yolu keçən Naxçıvan şəhər sakinləri - 1985-ci il təvəllüdlü Günel İntiqam qızı Dünyamalıyeva və 1993-cü il təvəllüdlü Xədicə Məhərrəm qızı Qurbanovanı vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR