Güləşçimiz Avropa çempionu oldu

21:44 / 14.06.2023
5614
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.
Sfera.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib.
Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.