Aralıq dənizində miqrantların olduğu gəmi batdı, 59 nəfər ölüb - Köməkdən imtina etdilər

Aralıq dənizində miqrantların olduğu gəmi batdı, 59 nəfər ölüb - Köməkdən imtina etdilər

Aralıq dənizi Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb.



Sfera.az “İsrailinfo”ya istinadən xəbər verir ki, son məlumatlara görə içərisində təxminən 200 nəfərin olduğu qayığın batması nəticəsində azı 59 nəfər ölüb.



Gəmi İtaliyaya gedirmiş və 200-ə yaxın miqrantı daşıyıb. Batan gəmini Yunanıstanın cənubundakı Pilos şəhərindən təxminən 80 km cənub-qərbdə beynəlxalq sularda sərhəd mühafizə təyyarəsi tapıb.



Yunanıstan hakimiyyəti gəmidəkilərə kömək etməyi təklif etsə də, onlar bundan imtina ediblər. Bir neçə saatdan sonra gəmi tamamilə batıb.


İndiyədək 104 miqrant sudan xilas edilib. Ən azı 59 nəfər həlak olub, 10 nəfər itkin düşüb. Vəziyyəti çətinləşdirən odur ki, gəmidə olan insanların dəqiq sayı məlum deyil.
 

Gəmi Liviyanın Tobruk şəhərindən Yunanıstanın Krit adasının cənub sahilinə doğru dənizə çıxıb. Sərnişinlərin əksəriyyəti 20 yaşlarında gənclər olub.
 

Bildiyiniz kimi, Liviya Afrikanın müxtəlif ölkələrindən Avropaya getmək istəyən immiqrantlar üçün başlanğıc nöqtəsidir.
 

Bundan əvvəl, fevralın ayında da İtaliyada miqrantların olduğu qayığın batdığını xəbər vermişdik. Türkiyəni tərk edən batmış qayığın göyərtəsində Əfqanıstan, Pakistan, Somali, Suriya, İraq və İrandan olan miqrantlar olub. Ən azı 63 nəfərin, o cümlədən 12 uşaq, bir körpənin öldüyü məlum olub.
 

Xatırladaq ki, fevralın 17-də Bolqarıstanda Əfqanıstandan olan 18 qeyri-qanuni miqrantın cəsədi olan yük maşını tapılmışdı. Əfqanlar taxta ilə kupenin altında yerləşən xüsusi anbarda olublar. Ehtimal olunur ki, hamısı boğularaq ölüblər.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...