“Zelenskiylə öpüşürlər. Nə olsun? Bir vaxt Qorbaçovu da öpürdülər...” - Lukaşenkodan maraqlı AÇIQLAMA

“Zelenskiylə öpüşürlər. Nə olsun? Bir vaxt Qorbaçovu da öpürdülər...” - Lukaşenkodan maraqlı AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində Vladimir Zelenskinin SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun taleyini yaşayacağına əmin olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, Lukaşenko Ukrayna xalqının müharibəni yekunlaşdırmaq istəyində olduğunu deyib.

 

“Onlar (kollektiv Qərb – red.) bizə Zelenski ilə razılığa gəlməyə imkan vermirlər. Əminəm və məndə belə məlumat var ki, bu gün Ukraynada insanların böyük əksəriyyəti, o cümlədən orada döyüşən hərbçilərin böyük əksəriyyəti müharibəni dayandırmaq istəyir”, -  prezident qeyd edib.

 

Belarus lideri təəssüflə əlavə edib ki, Kiyev rejiminin xalqın iradəsinə məhəl qoymayan “proqressiv elitası” var.

 

"Zelenski indi qəhrəmandır. O, dünyanı gəzir, onunla öpüşürlər və s... Mən onun daha ağıllı olduğunu düşünürdüm. Bizdə Qorbaçov nümunəsi var. Onunla da öpüşürdülər, amma axırı nə oldu? Eyni şey onun da başına gələcək”, - Belarus rəhbəri bildirib.

 

Lukaşenko vurğulayıb ki, Ukraynada insanlar ölmək yox, yaşamaq istəyir. “Nə olur-olsun, kimin günahkar olduğunu sonra öyrənəcəyik, bu da onların xeyrinə olmayacaq. Amma indi müharibəni dayandırmaq lazımdır ki, insanlar ölməsin”, - deyə Belarus prezidenti yekunlaşdırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR