Azərbaycanda bu il boşanmalar artıb, nikahlar azalıb - STATİSTİKA

Azərbaycanda bu il boşanmalar artıb, nikahlar azalıb - STATİSTİKA

2023-cü ildə Azərbaycanda boşanmaların sayı kəskin şəkildə artıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında 6 920 boşanma faktı qeydə alınıb. 


Ötən ilin eyni dövründə boşanma sayı 5 043 nəfər olmuşdu. Müqayisə göstərir ki, bu ilin 4 ayında boşanma sayı 1 877 vahid və ya 40 faiz artıb. 


Boşanma sayının kəskin artmasından sonra əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 1,5-dən 2,1-ə yüksəlib. Boşanma sayı artmaqla bərabər nikahların sayı da nəzərəçarpacaq dərəcədə azalıb. 


Bir il əvvəl 18 506 olan nikah sayı bu il 15 065-ə düşüb. Bu il nikahların sayında 20 faiz azalma baş verib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR