“Münaqişələr 110 milyon insanı didərgin salıb” - BMT

“Münaqişələr 110 milyon insanı didərgin salıb” - BMT

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirir ki, təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. 


Sfera.az xəbər verir ki, sonuncu dəfə çoxlu sayda insanın didərgin düşməsinə səbəb olan hadisə Sudanda baş verib. Sudanda bu ilin aprelindən bəri 2 milyona yaxın insan didərgin düşüb. Konqo Demokratik Respublikası, Efiopiya və Myanmadakı münaqişələr də 2022-ci ildə hər bir ölkə daxilində 1 milyondan çox insanın didərgin düşməsinə səbəb olub.


Ümumilikdə 2022-ci ildə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə əlaqədar 11 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb və bu, İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü olub.

 
2022-ci ildə 35 fövqəladə hal qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə 3-4 dəfə çoxdur. 


Qlobal miqyasda köçkünlərin əksəriyyəti öz ölkələrinin sərhədləri daxilində sığınacaq axtarıblar. Bununla belə didərgin düşənlərin üçdə biri, yəni 35 milyonu başqa ölkələrə gedərək qaçqın vəziyyətinə düşüblər. Dəhşətlisi budur ki, qaçqınların çoxu Avropa və ya Şimali Amerikanın zəngin ölkələri tərəfindən deyil, Asiya və Afrikanın aşağı və ya orta gəlirli ölkələri tərəfindən qəbul edilib. 


Türkiyə hazırda 3,8 milyon insanla ən çox qaçqına ev sahibliyi edir. İkinci sırada 3,4 milyon qaçqınla İran gəlir. Ümumilikdə Avropada 5,7 milyon ukraynalı qaçqın var. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...