“Əli Kərimli, yadınızdan çıxıb?” – Tahir Kərimli

“Əli Kərimli, yadınızdan çıxıb?” – Tahir Kərimli

"Əli Kərimli və digərləri, sizin yadınızdan çıxıb ki, siz 10 il iqtidardan xurma yemisiniz?".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin xüsusi iclasında deputat Tahir Kərimli deyib. Millət vəkili müxalifəti sərt mövqe tutduğuna görə qınayıb:

 

"Necə ola bilir ki, gözümüz yaxşılıqları görür, amma dilimiz o yaxşılıqları demir? Əli Kərimli və digərləri, sizin yadınızdan çıxıb ki, siz 10 il iqtidardan, buradan xurma yemisiniz? Kini küdurəti atın qırağa. Gəlin görək, dövlət üçün nə iş görə bilərik? Mən əzab çəkirəm ki, dövlətin qurucusuna qarşı belə aqressiya var. Gəlin, iqtidarlı müxalifətli bir-birimizi sevək".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR