Ermənistanın yeni HİYLƏSİ: “Vaxtı uzatmağa çalışırlar”

Ermənistanın yeni HİYLƏSİ: “Vaxtı uzatmağa çalışırlar”

“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində qarşılıqlı anlaşma əldə edilib, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır”.

 

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun  sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı ümumi məsələlərdə qarşılıqlı anlaşma və mövcud problemlər texniki xarakter daşıyır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi İrəvan indiyədək dəfələrlə oxşar açıqlamalar verib:

 

“Regional kommunikasiyaların açılması qaçılmazdır. Ermənistan istəsə də, istəməsə də Azərbaycan öz siyasəti iradəsi nəticəsində buna nail olacaq. Bunu Ermənistan hərbi-siyasi rəhbərliyi də anlayır. Bu mənada Ermənistan rəsmilərinin, o cümlədən Alen Simonyanın söylədikləri Ermənistanın yox, Azərbaycanın siyasi iradəsinin təzahürü kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Ermənistan artıq neçənci dəfədir ki, texniki məsələlər bəhanəsi ilə prosesi uzatmağa çalışır. Onların “texniki məsələ” adlandırdığı bir çox məqam əslində qeyri-sağlam mövqeləri ilə bağlıdır. Rəsmi İrəvan qəbul etmədiyi tələblərimizi texniki və xırda amil kimi göstərməyə çalışır”.

 

Müsahibimiz bildirib ki, Ermənistanın razılaşmadığı məqamlar birbaşa nəqliyyat kommunikasiyalarının açılmasına, həmçinin sülh quruculuğu prosesinə manedir:

 

“Ermənistan hərbi- siyasi hakimiyyətinin "texniki problem" kimi nəyi nəzərdə tutmasının bizim üçün fərqi yoxdur. Bu, İrəvanın maraqlarına uyğun olaraq vaxt qazanılması üçün əsas ola bilməz. Qarşı tərəfin Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yolu yoxdur. İstənilən sabotaj cəhdi Ermənistan üçün daha ağır nəticələrə səbəb ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR