Məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklər gözlənilir – Kənar müdaxilələrə son qoyulacaq

Məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklər gözlənilir – Kənar müdaxilələrə son qoyulacaq

Azərbaycanın məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi gözlənilir.

 

Sfera.az xəbər verir ki, islahatlar nəticəsində məhkəmə sisteminin müstəqilliyi daha da artırılacaq, icra qurumlarının məhkəmələrə təsir imkanları məhdudlaşdırılacaq, məhkəmə əlçatanlığı bir qədər də yaxşılaşdırılacaq.

 

Hüquq elminin inkişafında qadınların rolu

Nəzərdə tutulan mühüm yeniliklərdən biri məhkəmələrin Ədliyyə Nazirliyinə bağlılığının zəiflədilməsi olacaq, yerli məhkəmələrin fəaliyyətinin Ali Məhkəmə ilə əlaqələndirilməsi gücləndiriləcək.

 

Qanunvericilik elə qurulub ki, hazırda məhkəmə sistemi Ali Məhkəmə ilə yanaşı yüksək səlahiyyətli qurum olan Məhkəmə-Hüquq Şurası tərəfindən də idarə olunur.

 

Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası vasitəsilə məhkəmə sisteminə nəzarət edir, burada kadr dəyişiklikləri edir, idarəetməni tənzimləyir.

 

Hüquqşünas məsləhəti - Norma Hüquq Mərkəzi

Qanunvericiliyə əsasən, Məhkəmə-Hüquq Şurası məhkəmə sisteminin təşkilini, hakimlərin və məhkəmə sisteminin müstəqilliyini təmin etməlidir. Şura hakim vəzifəsinə namizədlər seçilməsinin təşkil edir, hakimlərin fəaliyyətini qiymətləndirir, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həll edir. Bu qurum müstəqil, özünüidarə funksiyasına sahib olsa da, ona rəhbərlik Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Hazırda Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.

 

Şuranın tərkibində icra qurumundan başqa, Milli Məclisin, prokurorluq orqanlarının və Vəkillər Kollegiyasının nümayəndələri fəaliyyət göstərir.

 

Mövcud qaydalar Ədliyyə Nazirliyinin məhkəmə sisteminə yüksək təsir imkanları əldə etməsinə şərait yaradır. Nazirlik tabeliyində olan müvafiq idarələr vasitəsilə məhkəmələrin fəaliyyətinə müəyyən səviyyədə müdaxilələrin olması da sirr deyil.

 

Hüquqi imkanlarla yanaşı mövcud olan faktiki vəziyyəti də ürəkaçan saymaq olmaz. Məhkəmə hakimlərinə həm icra, həm də prokurorluq orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən təzyiqlərin olmasına dair məlumatlar var. Bu təzyiqlər onların işində çətinlik yaradır, qərarların qəbulunda müstəqilliyi azaldır. Yeni islahatlarla icra qurumlarının və prokurorluq orqanlarının məhkəmələrin işinə müdaxiləsi məhdudlaşdırılacaq.   

 

Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi hansı

Daha bir problem isə məhkəmələrdə məxfilik prinsipinə riayət olunmamasıdır. Dəfələrlə hər hansı boşanma və ya mülki iddiaların mətbuata sızması hallarına rast gəlinir ki, bu də şəxsi həyatın məxfiliyi prinsipinin pozulmasıdır. Məhkəmələr vətəndaşın razılığı olmadan şəxsi məlumatların yayılmamasına zəmanət verməlidir. Hazırda isə məhkəmə mübahisələri mətbuata sızdırılmaqda davam edir.

 

Məhkəmə-hüquq sistemində aparılan islahatlar, keyfiyyətcə yenilənmə prokurorluq orqanlarını da əhatə edəcək. İslahatlar çərçivəsində prokurorluq orqanları ilə məhkəmələr arasında münasibətlərin daha da aydınlaşdırılacağı gözlənilir.

 

İslahatların əsas qayəsi məhkəmələrin daha müstəqil olmasına nail olmaq, məhkəmələrin işində şəffaflığı artırmaq, cəmiyyətdə məhkəmə sisteminə inamı gücləndirməkdir. Bu islahatlar nəticəsində məhkəmə icraatının effektivliyi artırılacaq, məhkəmə qərarlarının tam və vaxtında icra olunması təmin olunmaqla süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndiriləcək.

 

Holdinqə hüquq şöbəsinin rəhbəri tələb olunur - iş  elanları,işyeri,işçi,iş,vakansiyalar,iş vakansiyaları

İslahatların nəticəsində vəkillərin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görüləcək. Əvvəlki illərdə aparılan islahatların sayəsində vəkillərin sayının artırılmasına, onların peşə fəaliyyətinə yaradılan çətinliklərin azaldılmasına baxmayaraq, hələ də vəkillərin fəaliyyətinə ciddi müdaxilələr var, onların müstəqilliyi tam qorunmur. Vəkillərin peşə fəaliyyətinə hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən təzyiqlərin olmasına dair çoxlu şikayətlər mövcuddur. Hələ də vəkillik fəaliyyəti, onlara yaradılan maneələr cəmiyyəti narahat edən aktual məsələlərdəndir. Mövcud qanunvericiliklə də vəkillərə müəyyən maneələr yaradılır. Həm qanunlarda olan tələblər, həm də müxtəlif qərar və digər aktlarda vəkillərin işinə maneələrin olmasına dair narazılıqlar var.

 

Gözlənilən yeni islahatlar çərçivəsində sadalanan məsələlərin həll ediləcəyi, Ali Məhkəmənin səlahiyyətinin artırılacağı, məhkəmə sisteminin daha müstəqil instituta çevriləcəyi hədəflənir.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR