Bu qatarın hərəkət qrafiki DƏYİŞDİRİLİR - Sərnişinlərin NƏZƏRİNƏ!
Cəmiyyət
10:56 / 14.06.2023
1193
İyulun 3-dən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.
Sfera.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.