Rəisi Latın Amerikasında: "ABŞ buna nail ola bilmədi”

Rəisi Latın Amerikasında:

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ABŞ-nin sanksiyalarını tənqid edib.

 

Sfera.az bildirir ki, o, bu barədə Nikaraquaya səfəri zamanı danışıb. Belə ki, Rəisi Manaquada Nikaraqua Prezidenti Daniel Orteqa ilə birgə çıxış edib.

 

“Birləşmiş Ştatlar təhdid və sanksiyalarla xalqımızı iflic vəziyyətə salmaq istəyirdi, lakin buna nail ola bilmədi”, - Rəisi bildirib.

 

İbrahim Rəisi həmçinin, ötən gün ABŞ-nin iqtisadi sanksiyaları altında olan Venesuela Prezidenti Nikolas Maduroya da baş çəkib. Onun Latın Amerikasındakı müttəfiq ölkələrə səfəri prezident Co Bayden administrasiyası ilə gərginliyin artması fonunda reallaşıb. Rəisinin İranın regiondakı digər müttəfiqi olan Kubaya da səfəri planlaşdırılır.

 

Qeyd edək ki,  ABŞ İranı Rusiyanı pilotsuz təyyarələrlə təmin etməkdə ittiham edir. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...