Dəfn mərasimində qadın möcüzəvi şəkildə dirilib - VİDEO

Dəfn mərasimində qadın möcüzəvi şəkildə dirilib - VİDEO

Ekvadorda qohumları tərəfindən öldüyü güman edilən 76 yaşlı Bella Montoya basdırılmağa aparılarkən möcüzəvi şəkildə dirilib.


Sfera.az bildirir ki, qadın özünü yaxşı hiss etmədiyini dedikdən sonra oğlu tərəfindən Babajoyodakı Martin Icaz Xəstəxanasına aparılıb. Oğlu həkimlərə onun ürək xəstəlikləri və hipertoniyası olduğunu bildirib.


Səhər saat 9-da Gilbertin oğlu anasını xəstəxanaya aparıb. İki saatdan sonra həkimlər ölüm diaqnozu qoyub. Ölüm səbəbi naməlum xəstəlik nəticəsində ürək dayanmasının baş verdiyi bildirilib.


“Mərhum” tabuta qoyulandan 4 saat sonra qadın boğulmağa və tabutun qapağını döyməyə başlayıb. Yaxınları tabutun qapağını açanda heyrətləniblər.
Video tez bir zamanda viral olub.


“Biz Olmedo küçəsi 509-dayıq, orada günortadan bəri tabutda yatmış bir kişi xəstəxanada ölüb, ancaq qadının sağ olduğu məlum olub”- videonu çəkən şəxs bildirib.
 

Oğlu daha sonra qadının sol əli ilə tabutu döydüyünü bildirib. Orada olanların heç biri hadisələrin bu cür dönüşünü gözləməyib. Xoşbəxtlikdən Bellanı olduğu reanimasiya şöbəsinə aparmaq mümkün olub.
 

Yerli medianın məlumatına görə, Gilbert Montoyanın anası katalepsiya epizodu keçirib. Bu, məsələn, şizofreniya və ya hipnotik translarda baş verə bilən sərt duruşda uzun müddət davam edən bir vəziyyətdir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...