Bu bölgələrdə leysan yağır, güclü ildırım çaxır

Bu bölgələrdə leysan yağır, güclü ildırım çaxır

Qərb bölgəsində güclü küləklə müşahidə olunan leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində güclü külək bəzi ərazilərdə fəsadlar yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Hava şəraiti səbəbindən avtomobil yollarında da nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Yağış suları əkin sahələrinə dolub, təsərrüfata ziyan vurub.

 

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir. Güclü ildırım çaxır.


OXŞAR XƏBƏRLƏR