“Hələ sağam, hələ yaşayacağam” - Lukaşenka səhhəti haqqında danışıb

“Hələ sağam, hələ yaşayacağam” - Lukaşenka səhhəti haqqında danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə sağlamlığı barədə açıqlama verib.
 

Sfera.az xəbər verir ki, bir sıra media orqanları siyasətçinin Qələbə bayramını qeyd etmək üçün Moskvaya səfərindən sonra səhhətinin pis olması barədə yazıb.
 

Lukaşenko bildirib ki, səhhəti ilə bağlı bütün xəbərlər yalandır.
 

"Yazılanların hamısı dəhşətli yalandır. Sadəcə, bütün bunlara ayaq üstə dözməli oluram"- Lukaşenka deyib.


Siyasətçi jurnalistləri əmin edib ki, səhhəti ilə bağlı bütün xəbərlər yalandır. O, Qələbə Günü ərəfəsində də aktiv həyat tərzi keçirib və hətta xokkey oynayıb.
 

Daha sonra Lukaşenka adenovirusdan əziyyət çəkdiyini əlavə edib. O bildirib ki, xəstəlikdən sağalmaq uzun müddət, bəlkə də üç ay çəkəcək.
 

Lukaşenka sonda hamını narahat olmamağa çağırıb: “Mən hələ də sağam və yaşayacağam!”.
 

Eyni zamanda Lukaşenko Belarusa təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyini deyib. Belarus liderinin fikrincə, müasir dövrdə belə bir qərar qəbul etmək məcburiyyətində olsa, o zaman “Allah saxlasın”. O, ümid edir ki, heç kim belə silahlara malik olan ölkə ilə döyüşməyə cəsarət etməyəcək.


Xatırladaq ki, iyunun 9-da Rusiya prezidenti Vladimir Putin iyulun 7-8-də Rusiya nüvə silahlarının qurğularının hazırlanması başa çatdıqdan dərhal sonra Belarusda yerləşdiriləcəyini açıqlamışdı. Lakin bundan Belarusun qeyri-nüvə statusunu itirməyəcəyi güman edilir.


Həmin gün Aleksandr Lukaşenko qeyd edib ki, Minsk Rusiyadan gələn nüvə silahlarının təhlükəsizliyinə cavabdehdir və heç bir diversantın ölkəsinin ərazisinə daxil ola bilməyəcəyinə əmindir.

 

Aynil
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR