Ən çox zənginin tərk etdiyi ölkələr - SİYAHI + SƏBƏB

Ən çox zənginin tərk etdiyi ölkələr - SİYAHI + SƏBƏB

Böyük Britaniyanın “Henley & Partners” konsaltinq şirkəti “New World Wealth” ilə birgə ölkələrdən dollar milyonçularının qaçışına dair hesabat hazırlayıb. 


Sfera.az xəbər verir ki, 2022-ci ili əhatə edən hesabata əsasən ən çox milyonçunun tərk etdiyi ölkələrin başında Çin və Rusiya gəlir. 


Keçən il 10,8 min milyonçu Çini, 8,5 min nəfər isə Rusiyanı tərk edib.


Hesabatı hazırlayan şəxslər bildirir ki, Rusiyanı tərk edən milyonçuların sayı proqnozlaşdırılandan az olub. “Henley & Partners” bunun səbəbini sanksiyalarla əlaqədar bank əməliyyatlarının məhdudlaşdırılması ilə izah edib.


Rusiya və Çindən sonra Hindistanı (7,5 min), Honkonqu (2,4 min), Braziliyanı (1,8 min), Böyük Britaniyanı (1,6 min), Meksikanı (800), Cənubi Koreyanı (400), Cənubi Afrika Respublikasını (400) da çoxlu sayda zəngin insan tərk edib. 


Ekspertlərin hesablamalarına görə, 2022-ci ildə ən varlı insanlar Birləşmiş Ərəb Əmirliklərinə (5,2 min), Avstraliyaya (3,8 min), Sinqapura (2,9 min), İsveçrəyə (2,2 min) və ABŞ-yə (1,5 min) gəliblər. 


“Henley & Partners” hesab edir ki, 2023-cü ildə Rusiyanı 3000 milyonçu tərk edəcək və ölkə bu göstəricidə Çin, Hindistan və Böyük Britaniyadan sonra dördüncü yeri tutacaq. Analitiklərin fikrincə, 13,5 min varlı vətəndaş Çini tərk edəcək, onlar bunu ölkədə rifah artımının yavaşlaması ilə əlaqələndirirlər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...