“Azərbaycan Rusiyanın iştirakını istəyirsə, biz də...” – Alen Simonyan

“Azərbaycan Rusiyanın iştirakını istəyirsə, biz də...” – Alen Simonyan

"Əgər Azərbaycan Ermənistan ərazisindəki kommunikasiyalara Rusiyanın nəzarətini istəyirsə, Ermənistan da üçüncü ölkənin iştirakını istəyə bilər".

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib.

 

Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib ki,  9/10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilinə nəzarət Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti – red.) sərhəd xidməti tərəfindən həyata keçiriləcək.

 

Daha sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi bunu təkzib edərək, belə bir razılaşmanın əldə olunmadığını qeyd edib.

 

Simonyan bildirib ki, məsələ ilə bağlı danışıqlar prosesi davam edir, müxtəlif fikirlər eşidilir, tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

 

 "FTX-nin nəzarəti ilə bağlı heç bir qərar yoxdur. Əgər Azərbaycan Rusiya tərəfinin nəzarəti həyata keçirməsini istəyirsə, o zaman Ermənistan tərəfi də üçüncü ölkənin iştirakını istəyə bilər. Rabitə blokunun açılması qarşılıqlı prosesdir. Azərbaycan vətəndaşları Ermənistan vasitəsilə Naxçıvana gedə bilsələr, sonra Ermənistan vətəndaşları da Azərbaycan ərazisindən keçə bilərlər. Şərtlər eyni olmalıdır, Ermənistanın mövqeyi isə dəyişməz qalır”, - deyə siyasətçi əlavə edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR