Son 12 ildə ərzağın qiyməti 2,33 dəfə artıb – RƏQƏMLƏR

Son 12 ildə ərzağın qiyməti 2,33 dəfə artıb – RƏQƏMLƏR

2010-cu illə müqayisədə Azərbaycanda mal və xidmətlərin qiymət səviyyəsi 95,8 faiz artıb. Qiymət səviyyəsinin artması o deməkdir ki, əhali eyni miqdarda olan mal və xidmətlərə indi daha çox pul ödəməyə məcburdur. 2010-cu ildə 100 manata alınan mal və xidmətləri bu ilin əvvəlində almaq üçün 196 manat ödənilib. 


Sfera.az xəbər verir ki, bu müddətdə ən yüksək bahalaşma ərzaq mallarında qeydə alınıb. 


Ərzaq mallarında qiymətlər 2,33 dəfədən çox artıb. Yəni, 2010-cu ildə 100 manatlıq ərzağın dəyəri bu ilin əvvəlində 233 manata yüksəlib. 


2010-cu illə müqayisədə ən zəif qiymət artımı pullu xidmətlərdə olub. Bu müddətdə pullu xidmətlərin dəyəri 59 faiz artıb. 


Qeyri-ərzaq mallarında isə qiymət səviyyəsinin 75 faiz artması qeydə alınıb.


Ötən 12 ildə qiymət səviyyəsinin bu dərəcədə sürətlə yüksəlməsində 2016, 2017 və 2022-ci ildə qeydə alınan yüksək inflyasiya ilə bağlıdır. Bu illərdə ikirəqəmli inflyasiyanın baş verməsi qiymət səviyyəsinin sürətlə artmasını şərtləndirib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR