“Çətindir, amma irəliləyirik” – Zelenskidən əks-hücumla bağlı AÇIQLAMA

“Çətindir, amma irəliləyirik” – Zelenskidən əks-hücumla bağlı AÇIQLAMA

“Əks-hücum döyüşləri çətindir, amma biz irəliləyirik”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O, fikirlərini bu cür davam etdirib: “Yeni işğaldan azad olunmuş ərazilərdə, kəndlərdə öz layiqli yerinə qayıdan hər bir Ukrayna bayrağına görə əsgərlərə təşəkkür edirəm”.

 

Ölkənin Müdafiə Nazirliyi isə Donetskdə gedən döyüşlərin son həftəsində yeddi yaşayış məntəqəsinin azad edildiyini bildirib:

 

 “Nəzarət altına alınan ərazinin sahəsi 90 kvadrat kilometr təşkil edib”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR