“Müharibə veteranlarının müavinəti artırılsın” – Əli Məsimli
Cəmiyyət
12:07 / 13.06.2023
2534
“Müharibə veteranlarına təyin edilmiş 80 manatlıq müavinətin artırılması istiqamətində addımların atılmasını xahiş edirəm".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar iclasında deputat Əli Məsimli deyib.
"Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, inflyasiyanın hələ də davam etməsi, sosial proseslərin tənzimlənməsi istiqamətində də əlavə vəsaitlərin ayrılması vacibdir", millət vəkili qeyd edib.
Əzizə Zeynal