Britaniyalı cütlük bir evin qiymətinə bir Fransız kəndi aldı

Britaniyalı cütlük bir evin qiymətinə bir Fransız kəndi aldı

Liz və David Murphy cütlüyü İngiltərədəki həyatdan yorulub və Fransanın cənub-qərbində mülk almağa qərar verib.
 

Altı mülkün bir evin qiymətinə satıldığı tarixi bir kənd almaq üçün Mançesterdəki evlərini sataraq, doğma şəhərlərini tərk ediblər.


Sfera.az bildirir ki, evlərini satan Britaniyalı Liz və Devid Mörfi əldə etdikləri gəlirlə bütöv bir Fransız kəndi ala biliblər.
 

Böyük Britaniyada yaşamaqdan yorulan dörd nəfərlik ailə üç otaqlı evlərini 400 min funt-sterlinqə satıb
 

"İkimiz də İngiltərədə 9-dan 5-ə qədər işləyirdik, daimi məşğul həyatımız var idi, uşaqlar dərsdən sonra klublarda idilər və bu, sonsuz bir qaçış marafonu kimi idi"-deyə Liz bildirib.
 

Cütlük evlərinin satışından əldə olunan pulu 2021-ci ilin yanvar ayında Poitou-Charentes bölgəsində altı binadan ibarət bir kənd almaq üçün istifadə edib. Buradakı mülklərin hamısı İngiltərədəki evlərindən daha ucuzdur. Ailə eyni vəsaitlə iki tövlə, üç hektar torpaq sahəsi və iki ədəd 10x15 metrlik hovuz alıb, onları yerli ustaların köməyi ilə təmir etdiriblər.
 

Mörfilər satın alınan binalara 300.000 funt sterlinq xərcləyərək, onları təmir etdiriblər. Onlar mülkləri həm ailələri, həm də tətil icarələri üçün evlərə çeviriblər.
 

Hər ikisi radio sənayesində işləyən Liz və Devid keçən ilin sonunda iki övladı - 12 yaşlı Tom və səkkiz yaşlı Şarlotta ilə birlikdə ən böyük evə köçüblər. Lizin anası və ögey atası isə qarşıdakı binaya köçüb. Cütlük ümid edir ki, qalan dörd evin hamısı istirahət obyektinə çevrilib, biznes çiçəklənməyə başlayanda onlara yaxşı gəlir gətirəcək.
 

Britaniyalı, cütlüyün koronavirus pandemiyası zamanı hər ikisi evdə olarkən bu fikrə ilk dəfə gəldiyini və həyatın onlardan keçdiyini başa düşdüklərini bildiriblər.
 

"Uşaqlarımızla kifayət qədər vaxt keçirmədiyimizi anladıq və qərara gəldik ki, bütün həyatımızı dəyişmək üçün nəsə etməliyik. İllərdir Fransaya köçmək haqqında danışırdıq. Qəfildən bunu etmək istəyimiz yarandı və qərar verdik. Biz altı ev və bir oyun otağına və emalatxanaya çevirdiyimiz başqa bir böyük anbar, üç hektar torpaq və xarabalıq ərazini, həqiqətən lotereyada udmaq kimi qazandıq”.


Cütlük indi "milyonçular" kimi yaşadıqlarını və heç birinin fransızca bilməməsinə baxmayaraq, Böyük Britaniyaya qayıtmaq fikrində olmadığını deyir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR