Aktyor və yarış pilotu Maykl Fassbender Fransada keçirilən yarışda qəzaya düşdü

Aktyor və yarış pilotu Maykl Fassbender Fransada keçirilən yarışda qəzaya düşdü

“İks adamlar”, “Stiv Cobs”, “Qar adamı” və bir çox başqa filmlərin ulduzu, aktyor Maykl Fassbender Fransada yarış yolunda avtomobili ilə qəza törədib.



Sfera.az bildirir ki, qəza “Le Manda” 24 saatın 100-cü ildönümünün qeyd edilməsi zamanı Sarte dairəsində baş verib. Aktyor Almaniya komandası olan Proton Competition vasitəsilə yarışa qeydiyyatdan keçsə də, altı saatlıq fasiləyə 15 dəqiqə qalmış qoruyucuya çırpılıb.


Fassbender “Porsche 911”in sükanı arxasında yarışa qatılıb. Qəza zamanı o, xəsarət almayıb. Hətta diskvalifikasiyadan əvvəl maşını pitə salmağı bacarıb. Beynəlxalq Motor Racing Assosiasiyasının təşkilatçıları hadisənin videosunu internetdə yayımlayıblar.
 

Bununla, Fassbender ikinci dəfə idi ki, dözümlülük yarışında iştirak edir. O, daha əvvəl keçən il Proton komandası ilə debüt etmiş və 51-ci yeri tutmuşdu. 2021-ci ildə Portimão-da ikinci, 2022-ci ildə “Le Castellet”də üçüncü olub.
 

Fassbender həmişə Formula 1-i bəyəndiyini və Ferrari komandasının fanatı olduğunu bildirib.
 

2017-2018-ci illərdə Ferrari Challenge yarışlarında iştirak edib.
 

Qeyd edək ki, Maykl Fassbender yarışı sevən və yarışlarda iştirak edən ilk aktyor deyil. Keçmişdə Pol Nyuman və Patrik Dempsi “24 saat Le Man” yarışında iştirak ediblər.

Fassbender özü, daha az görünməyə başlasa da, aktyorluq karyerasını tərk etməyib. Bu il onun iştirakı ilə "Qatil" trillerinin premyerası olacaq.
 

Xatırladaq ki, 2021-ci ildə Maykl Fassbender və həyat yoldaşı Alisiya Vikander ilk dəfə valideyn olublar. Cütlük 2017-ci ildə ailə həyatı qurub. Alisiya və Maykl “Okeanlar arasında işıq” filminin çəkilişlərində tanış olublar. Onlar kifayət qədər qapalı şəxsi həyat sürürlər və müsahibə vermirlər.


Toydan sonra Lissabonda yaşayırlar.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...