Pakistan müqavilə çərçivəsində Rusiya xam neftini ucuz qiymətə alacaq

Pakistan müqavilə çərçivəsində Rusiya xam neftini ucuz qiymətə alacaq

Pakistan aprel ayında iki ölkə arasında imzalanmış sazişə əsasən Rusiya xam neftinin ilk partiyasını qəbul edib. Ekspertlər isə sazişin yerli istehlakçılara faydalı olacağını söyləmək üçün çox tez olduğunu bildirir.


Sfera.az bildirir ki, Pakistan baş naziri Şehbaz Şərif Rusiya xam neftinin gəlişini böhran içində olan ölkə üçün transformasiya günü adlandırıb.

Xam neftin emal ediləcəyi Pakistan “Refinery Limited”in (PRL) məlumatına görə, 45,000 metrik ton xam neft daşıyan yük gəmisi bazar günü Kəraçi şəhərinə çatıb, daha 50,000 metrik ton xam neftin isə bu həftənin sonunda gəlməsi gözlənilir.


Baş nazir Şehbaz Şərif Rusiya xam neftinin gəlişini böhran içində olan ölkə üçün “transformasiya günü” adlandırıb.


"Mən millətə verdiyim daha bir vədi yerinə yetirdim" deyə o bildirib.


“Bu, Rusiyadan Pakistana gələn ilk neft yüküdür və Pakistanla Rusiya Federasiyası arasında yeni münasibətlərin başlanğıcıdır”.


Xatırladaq ki, Rusiya ötən il Ukraynanı işğal etdikdən sonra Avropa İttifaqı və ABŞ-a neft və qaz ixrac dayanıb, Qərb dövlətlərinin sanksiyalarına məruz qalıb. Pakistan razılaşması Ukrayna münaqişəsinin davam etdiyi bir vaxtda Moskvaya Hindistan və Çindən sonra yeni neft bazarı verir.


Pakistanın neft naziri Musadik Malik bazar ertəsi özəl xəbər kanalına bildirib ki, Rusiyadan mütəmadi olaraq tədarükü başladıqdan sonra ölkədə benzinin qiyməti aşağı düşəcək.


“Əgər biz xam neftimizin üçdə birini Rusiyadan almağa başlasaq, o zaman qiymətlərdə böyük fərq olacaq və bunun insanların cibinə təsir etdiyini görəcəksiniz”.


Qeyd edək ki, dünyanın ən çox əhalisi olan beşinci ölkəsi olan Pakistan, yanacaq idxalını ödəmək üçün xarici valyuta çatışmazlığı ilə nəticələnən ağır iqtisadi böhranla üzləşib.


Neftin daşınması ölkənin dörd həftədən az müddətdə idxalı ödəməyə kifayət edən 4 milyard dollardan az xarici ehtiyata malik olduğu bir vaxta təsadüf edir. Rəsmi İslamabad həmçinin Beynəlxalq Valyuta Fondundan bu ay başa çatan 6,5 milyard dollarlıq kredit proqramı çərçivəsində 1,1 milyard dollarlıq xilas paketi almağı gözləyir.
 

Pakistan Enerji sektoru üzrə analitik Farhan Mahmud Əl-Cəzirə telekanalına bildirib ki, ölkəsi daxili neft tələbatının təxminən 80 %-ni idxal edir və 2022-23-cü illərdə 13 milyard dollarlıq idxal artırmağı planlaşdırır. Lakin o, növbəti maliyyə ilində tələbin azalacağını da proqnozlaşdırır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR