“Samsung”un növbəti sənaye qalmaqalı - Çində zavodun kopiyasını tikmək istəyən top menecer həbs olundu

“Samsung”un növbəti sənaye qalmaqalı - Çində zavodun kopiyasını tikmək istəyən top menecer həbs olundu

“Samsung”un rəhbər işçilərindən biri sənaye casusluğuna görə tutulub.


Müttəhim çip texnologiyasını oğurlayaraq “Samsung”a 300 milyon dollar dəyərində ziyan vurub.


Sfera.az xəbər verir ki, “Samsung”un adı açıqlanmayan 65 yaşlı keçmiş icraçısı Çində prosessor fabriki tikmək niyyətində olub və bunun üçün bütün texnologiyanı işəgötürənindən borc götürüb.
 

Bu şəxs sənaye texnologiyasını qoruyan və haqsız rəqabətin qarşısını alan qanunları pozmaqda ittiham olunur. O, avqust ayı arasında şirkətin məxfi məlumatlarını, o cümlədən çip istehsalı zavodunun (BED) əsas texniki məlumatlarını, həmçinin proses axını diaqramlarını və dizayn çertyojlarını qanunsuz əldə etdikdən sonra Çində Samsung fabrikinin tam kopiyasını tikməyə cəhddə ittiham olunur.
 

İttiham tərəfi daha altı şəxsə - “Samsung Electronics”in bir əməkdaşı (subpodratçı) və keçmiş rəhbər tərəfindən qurulan Çin çip istehsalçısının beş əməkdaşına qarşı ittiham irəli sürüb.
 

Qeyd edək ki, BED yarımkeçiricilər istehsal edən zavodlarda çirklərin olmamasını təmin etmək üçün lazım olan texnologiyadır. Proses diaqramı çip istehsalı zavodunun səkkiz əsas prosesinin mərtəbə planı və ölçüləri haqqında məlumatları özündə birləşdirir. Sub-30nm DRAM və NAND yaddaş çiplərinin istehsalı üçün tələb olunan bu cür ticarət sirləri gizli milli əsas texnologiyalar hesab olunur.
 

Prokurorların fikrincə, keçmiş icraçı zavodun surətini yaratmaq üçün oğurlanmış texnologiya və məlumatlardan istifadə etməyə çalışıb, lakin onun planı uğursuzluğa düçar olub. Çünki investor (adı açıqlanmayan Tayvan şirkəti) vədini pozub və ona 6,2 milyard dollar verməyib.
 

Bununla belə, müttəhim bir neçə sınaq çipi yaratmağa müvəffəq olub və digər Çin investorlarından 350 milyon dollardan çox pul alıb. Sınaq və hələ tikilməmiş zavodda işləmək üçün “Samsung”un keçmiş top meneceri öz şirkətindən, həmçinin “SK hynix Inc”dən 200-ə yaxın adamı işə götürüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...