Rusiyalı deputatın cəsədi zirzəmidə tapıldı - FOTO

Rusiyalı deputatın cəsədi zirzəmidə tapıldı - FOTO

Rusiyada Yeni Moskva ərazisində Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Aleksandr Kolodiçi qətlə yetirilib. Onun meyiti yaşadığı evin zirzəmisində tapılıb.


Sfera.az xəbər verir ki, 58 yaşlı Kolodiç yeddinci çağırış Uqra Dumasının deputatı, büdcə komitəsinin rəhbəri olub. Onun meyiti Yeni Moskvanın Sosenskoye kəndində tapılıb.


İstintaq Komitəsi 58 yaşlı deputatın qətli ilə bağlı cinayət işi açıb.


"İlkin istintaqla müəyyən edilib ki, evdə mərhumla köməkçi arasında münaqişə baş verib, bu zaman sonuncu kişini bıçaqlayıb. Mərhumun həyat yoldaşı zirzəmidəki qışqırıq səslərinə gəlib və müttəhim onu ​​da bıçaqlayıb. Cinayətdən sonra şübhəli şəxs mərhumun cəsədini zirzəmidə basdıraraq hadisə yerindən qaçıb”- deyə məlumatda bildirilir.


Deputatın həyat yoldaşı sağ qalıb və paytaxtın tibb müəssisələrindən birinə yerləşdirilib.


36 yaşlı şübhəli saxlanılsa da, adı açıqlanmayıb.


Öldürülən Aleksandr Kolodiç kimdir?


Aleksandr Kolodiç Putinin “Vahid Rusiya” partiyasından yeddinci çağırış Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı olub və 7-ci çağırış XMAO Dumasının büdcə, maliyyə və vergi siyasəti komitəsinə rəhbərlik edib.


Deputat ölümündən bir müddət əvvəl rus əsgərlərin cəsədinin Ukrayna ərazisindən daşınmasına köməklik edib.


Qeyd edək ki, “Vahid Rusiya”nın bir çox deputatları kimi o da Ukraynaya qarşı müharibəni dəstəkləyib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...