ABŞ-ın ən “effektiv” terrorçusu həbsxanada öldü

ABŞ-ın ən “effektiv” terrorçusu həbsxanada öldü

“Unabomber” kimi tanınan həbsdə olan terrorçu Ted Kaçinski bu gün səhər həbsxana kamerasında ölü tapılıb.
 

Sfera.az xəbər verir ki, Amerikanın ABC telekanalının məlumatına görə, 81 yaşında olan Unabomberin ölümünü Federal Həbsxanalar Bürosunun nümayəndəsi təsdiqləyib.
 

Qeyd edək ki, Kaçinski Kolorado ştatının Florensiya şəhərindəki yüksək təhlükəsizlik federal inzibati həbsxanası olan “ADX Florence”də şərti azadlığa buraxılmamaq şərti ilə ömürlük həbs cəzası çəkirdi. Lakin 2021-ci ilin dekabrında səhhəti pis olduğu üçün o, Şimali Karolinada tibb müəssisəsinə köçürülüb.
 

20 ilə yaxın polisdən və FBİ-dən gizlənməyi bacaran Kaçinski 1996-cı ildə Montanadakı kabinəsində həbs edilib. Ted Kaçinski Amerikanın ən “məhsuldar” terrorçusu sayılırdı.


Unabomberin həbsxana kamerasının qarşısındakı son kadrlarından biri




Səlahiyyətlilərin bildirdiyinə görə, 1978-1995-ci illər arasında Kaçinskinin yerləşdirdiyi 16 bomba (və ya poçtla göndərdiyi) nəticəsində üç nəfər ölüb, iyirmi nəfər yaralanıb.

 

1995-ci ildə “Unabomber” kimi tanınmazdan əvvəl o, qəzetlərdə onun yazdığı uzun əlyazmanı dərc etməyi tələb edib, əks halda qətllərin davam edəcəyini bildirib. Həm “New York Times”, həm də “Washington Post” qəzetləri ABŞ baş prokurorunun və FBİ direktorunun tövsiyəsi ilə həmin ilin sonunda 35 min sözdən ibarət manifest dərc edib.
 

Qardaşı və baldızının şübhələri olmasaydı, Ted Kaçinski heç vaxt tutula bilməzdi. Kaçinskinin baldızı Linda Patrik mediada yayılan məktubu oxuduqdan sonra onun Unabomber olduğunu ilk tanıyanlardan biri olub.
 

Onlar, bəzi ifadələri və fikirləri əvvəllər Tedin qardaşı və əri Davidə göndərdiyi məktublarda gördükləri üçün tanıyıb. Qardaşı isə Tedin terrorçu olduğuna inana bilməyib, çünki onun sözlərinə görə, o heç vaxt qəddar adam olmayıb.
 

Lakin polis və FBİ Tedin kabinəsinə girəndə onlar hazır bomba, partlayıcı maddələr yaratmaq üçün çoxlu komponentlər və bomba hazırlamaq təcrübələri və cinayətləri etiraf edən 40.000 səhifəlik jurnal tapıblar.


Kaçinski Kaliforniyanın Sakramento şəhərində məhkəmə qarşısına çıxıb, burada əsas məsələ onun günahı yox, psixi sağlamlığı və ölüm cəzasından xilas olub-olmayacağı olub. 1998-ci ildə o, ölüm cəzasından qurtulmaq üçün şərti azadlığa buraxılmamaq şərti ilə, ömürlük həbs cəzası müqabilində adam öldürməkdə günahını etiraf edib.

 

Bəs Ted Kaçinski kimdir və niyə ona Unabomber ləqəbi verilib?


Unabomber "Universitet və hava yolu bombardmanı" üçün qısaldılmış addır. Kaçinski öz bombalarını universitetlərə və hava yollarına göndərib.


O, 1942-ci ildə anadan olub və uşaqlıqdan vunderkind hesab edilib. Teodor Con Kaçinski 16 yaşında Harvarda daxil olub və Miçiqan Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 25 yaşında Berklidəki Kaliforniya Universitetində baş müəllim olub, lakin iki ildən sonra işdən çıxıb.


Ted Montanada elektriksiz və susuz bir daxmada məskunlaşıb, yemək üçün ovdan və ailə üzvlərindən aldığı pulla dolanıb. O, vəhşi təbiətin məhv edilməsindən narazı idi, buna görə də kiçik təxribat hərəkətləri ilə başlayaraq, 1978-ci ildə ilk bombasını poçtla göndərib. Bu bomba Şimal-Qərb Universitetində material mühəndisliyi professoru Buckley Christ üçün nəzərdə tutulmuşdur. Nəticədə paketi götürən universitet polisi yaralanıb.


Unabomber ABŞ-ın bütün məşhur universitetlərinə bomba göndərib. Çikaqodan Vaşinqtona uçan American Airlines təyyarəsinə düşən bombalardan biri partlamamış, tüstülənməyə başlamış və nəticədə 12 sərnişin yanma məhsullarından zəhərlənmişdir. Ümumilikdə, Tedin bombaları 3 nəfərin ölümünə və 23 nəfərin yaralanmasına səbəb olub. O, professor və aspirantlara da hədələyici məktublar göndərib.


2017-ci ildə Ted haqqında "Hunting the Unabomber" serialı çəkilib. Baş rolu isə Paul Bettany oynayır.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...