Məşhur rock qrupu ilk dəfə Bakıya gəlir

Events World-un təşkilatçılığı iləTürkiyənin sevilən və son dönəmlərdə çıxışları ilə adından çox söz etdirən məşhur alternativ rock qrupu Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda səhnə alacaq.
“ Madem “, “ Yapma N`olursun “, “ Gitme “, “ Biraz Delisin “ və digər ifaları ilə sevilən rock qrupu fərqli musiqi performansı ilə Bakıda unudulmaz və çılğın rock gecəsi yaşadacaq!
Bakıda ilk dəfə keçiriləcək unudulmaz konsertə Elektra Events Hall ev sahibliyi edəcək.
Tədbir 16 iyun saat 8-də baş tutacaq.
Konsert üçün biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, iyun ayının 5-dək “MADEM20” promokodu ilə bütün biletləri 20 faiz endirimlə ala bilərsiniz.
Ətraflı məlumat üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz;
(+994) 70 676 50 50