Rusiya vətəndaşlığını qəbul etmiş Jerar Depardye Putini TƏNQİD ETDİ
Dünya
16:15 / 12.06.2023
3787
2013-cü ildə Rusiyaya köçən dünya şöhrətli fransız aktyoru Jerar Depardye yeni vətənində həddindən artıq yüksək vergilərdən xilas olmaq istəyir.
Sfera.az xəbər verir ki, Depardye Rusiya Prezidenti Vladimir Putini tənqid edib və Rusiyadakı həyatını dəyişməyə qərar verib.
Depardye Rusiyanın Ukraynaya təcavüzünü "qəbuledilməz” adlandırıb.
“Mən rus olduğuma görə utanıram, burada olduğumu və Rusiya vətəndaşlığına sahib olduğumu düşünmək məni çox incidir”, – aktyor deyib.
O, qeyd edib ki, Moskvadakı mənzilinin satışından əldə etdiyi pulu Ukrayna Silahlı Qüvvələrinə yardım üçün köçürüb.
“Mən Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibə qaçqını statusu vermələrini xahiş edirəm”, - Depardye bildirib.
Əzizə