Dünyanın ən böyük iqtisadiyyatlarında əhali qocalır
ABŞ, Avropa, Yaponiya və Çin də daxil olmaqla dünyanın ən böyük iqtisadiyyatlarında əhali qocalır.
Sfera.az “Əl-Cəzirə”nin araşdırmasına istinadən xəbər verir ki, qarşıdakı 30 ildə qlobal miqyasda 65 və yuxarı yaşda olan insanların sayı 2021-ci ildəki 761 milyondan 1,6 milyarda qədər artacağı gözlənilir. BMT-nin son əhali proqnozlarına görə, o vaxta qədər Avropa və Şimali Amerikada hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşda olacaq. Hətta dünyanın ən gənc əhalisinin yaşadığı Asiya, Latın Amerikası, Karib hövzəsi və Afrikanın cənubundakı ölkələrdə 65 yaşdan yuxarı əhalinin payı 3 faizdən 5 faizə qədər artacaq.
BMT bildirir ki, daha gənc əhali böyük, məhsuldar işçi qüvvəsi təklif etməklə iqtisadi artımın mühərriki rolunu oynayır. Buna görə də sürətlə gedən qocalma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Bəzi tədqiqatlar göstərir ki, qocalmış cəmiyyətdə əhalinin gəlir səviyyəsinin artımı yavaşlayır. Bununla belə, inkişaf etmiş iqtisadiyyatlar öz yaşlı əhalisini sağlam vəziyyətdə saxlaya bilsələr, qocalmanın nəinki iqtisadi mənfi təsirini azalda bilər, hətta onu üstünlüyə çevirə biləcəklərinə dair artan sübutlar var.
Beləliklə, dünya yüksək iqtisadi artıma son qoymağa hazırdırmı?
“Əl-Cəzirə” bu sualları iqtisadçılara və demoqraflara verib. Verilən cavabların qısa icmalı budur ki, yaşlanma ümumi daxili məhsulun (ÜDM) artım templərini ləngidə bilər, amma adambaşına düşən gəlirə mənfi təsiri olmayacaq. Mütəxəsislər insanlar üçün ən vacib göstəricinin məhz adambaşına düşən gəlir olduğunu qeyd ediblər. Mütəxəssislərin fikrincə, texnologiya və daha yüksək ömür uzunluğu əmək qabiliyyətli əhalidə məhsuldarlığı artıra bilər ki, bu da azalan işçi qüvvəsindən potensial itkiləri kompensasiya edir. Yaşlı nəsillərin toplanmış sərvəti isə gələcək investisiyalara təkan verə bilər. Əhalinin rifahı üçün ən vacib şey adambaşına düşən ÜDM ilə ölçülən gəlir səviyyələridir. Çində aparılan araşdırma göstərir ki, əhalinin qocalması əhalinin yaşlanması vacib deyil. Daha vacib olan işçi qüvvəsinin funksional imkanlarıdırıdır. İnsan hələ 70 yaşında da sağlam ola və işləyə bilər.
Beləliklə, əhalinin qocalması iqtisadi artımı zəiflətsə də əhalinin gəlirlərini azaltmır.
Vasif