Ukrayna savaşında SON HADİSƏLƏR: Çeçenlərlə müqavilə, Şimali Koreyadan təklif...

Ukrayna savaşında SON HADİSƏLƏR: Çeçenlərlə müqavilə, Şimali Koreyadan təklif...

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şərqindəki cəbhə xəttində yerləşən dörd kəndi azad etdiyini iddia etdikdən sonra bütün diqqətlər əks-hücumun gedişatına yönəlib.

 

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar bazar günü bildirib ki, Blahodatne və Makarivka kəndləri işğaldan azad edilib. Bazar ertəsi Storozheve də azad edilmiş yaşayış məntəqələri siyahısına əlavə olunub. Digər bir Ukrayna briqadası “Facebook”da Donetskin Neskuchne kəndinə nəzarəti ələ keçirdiklərini yazıb.

 

Sfera.az “CNBC”ə istinadən, Ukrayna savaşı ilə bağlı son məlumatları təqdim edir. Beləliklə, Ukrayna kəşfiyyatı bazar ertəsi iddia edib ki, Rusiya mühəndis bölmələri işğal olunmuş Krımda “Krım Titanı” müəssisəsinin emalatxanalarını minalayır. "İşğalçı ordunun mühəndis bölmələri müəssisənin emalatxanalarını minalayır, hazırda da fəaliyyətini davam etdirir. Son bir neçə gün ərzində zavodda və ona bitişik ərazilərdə partlayıcı maddələr yerləşdirir. Zavodda təxminən 200 ton texnoloji ammonyakın soyuducu məqsədlər üçün istifadə edildiyini nəzərə alınarsa, müəssisəyə hər hansı hücum “süni texnogen fəlakət deməkdir, nəticəsi dəhşətli olacaq", - Ukrayna Müdafiə Kəşfiyyat İdarəsi “Telegram”da bildirib.

 

Qurum həmçinin əlavə edib ki, Rusiya qüvvələri Krımın şimalındakı Armianskda yerli əhalini təxliyə etməyə hazırlaşır.

 

Digər tərəfdən “CNBC” Rusiya Müdafiə Nazirliyi çeçen xüsusi təyinatlılarının “Axmat” qrupu ilə müqavilə imzaladığını bildirib. Qeyd olunub ki, bu, Priqojinin bundan imtina etməsindən bir gün sonra baş verib: “Moskva Ukraynada onun adından döyüşən şəxsi ordular üzərində öz nəzarətini təsdiqləməyə çalışır. Bunun müqabilində könüllü döyüşçülər adi qoşunlarla eyni fayda və müdafiələri, o cümlədən yaralandıqları və ya öldürüldükləri halda onlara və ailələrinə dəstək alacaqlar. Priqojin isə bazar günü belə bir müqavilə imzalamaqdan imtina edəcəyini bildirib. O deyib ki, müdafiə naziri Şoyqu hərbi birləşmələri düzgün idarə edə bilmir. Priqojindən fərqli olaraq, Kadırov son vaxtlar müdafiə nazirliyini tənqid etməkdən çəkinir”.

 

“CNBC”nin məlumatına görə, Böyük Britaniya kəşfiyyatı Rusiyanın müdafiə nazirinin Ukraynanın əks-hücumları davam edərkən narahatlıq keçirdiyini açıqlayıb:

 

“Son həftə ərzində Rusiyanın müdafiə naziri Sergey Şoyqu yüksək ictimai profilini qoruyub saxlayıb. O, Rusiyanın müdafiə əməliyyatları ilə bağlı ən azı iki şərh verib, o cümlədən Ukrayna itkiləri ilə bağlı demək olar ki, ciddi şəkildə şişirdilmiş iddialar irəli sürüb” – Britaniyanın Müdafiə Nazirliyi “Twitter”də bildirib. Ukrayna savaşı davam edərkən, Şimali Koreya lideri Kim Çen In də Rusiyaya dəstəyini ifadə edib. O, Putinə göndərdiyi təbrik məktubunda Rusiyaya tam dəstək və həmrəylik təklif edib və Moskvanın imperialistlərə qarşı öz suveren hüquqlarını qorumaq səylərini yüksək qiymətləndirib.

 

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı Kaxovka bəndinin partladılması və onun törətdiyi böyük daşqınla bağlı araşdırmaya başlayıb. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, məhkəmə nümayəndələrinin son günlər Xerson vilayətinə səfər etdiyini bildirib: “Təbii fəlakətdən sonra elə birinci gün Baş Prokurorluq bu fəlakətin araşdırılması ilə bağlı beynəlxalq cinayət məhkəməsinə müvafiq sorğu göndərib və artıq işlərə başlanılıb”. Zelenski beynəlxalq hüquq ekspertlərinin fəlakətin nəticələrini, o cümlədən su basmış ərazilərin atəşə tutulması hallarını görməsinin vacib olduğunu söyləyib. O əlavə edib ki, Ukrayna xilasetmə qrupları Rusiyanın işğalı altında olan Dnepr çayının şərq sahilindəki ərazilər də daxil olmaqla, zərər çəkmiş bölgələrdən 4 minə yaxın sakini təxliyyə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...