“Çinlə rəqabət aparmaqdansa, əməkdaşlığa can atacağıq” – Səudiyyə Ərəbistanının energetika naziri

“Çinlə rəqabət aparmaqdansa, əməkdaşlığa can atacağıq” – Səudiyyə Ərəbistanının energetika naziri

Səudiyyə Ərəbistanı supergüclə rəqabət aparmaqdansa, Çinlə ticarət sərmayələri və enerji axınları üzrə daha güclü əməkdaşlığa can atır.

 

Sfera.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın energetika naziri Şahzadə Əbdüləziz bin Salman bildirib.

 

“Biz bu günün reallığını başa düşürük. Çin liderliyi ələ keçirib və bu liderliyi davam etdirəcək. Biz Çinlə rəqabət aparmalı deyilik, biz Çinlə əməkdaşlıq etməliyik”, o, "CNBC"-yə açıqlamasında deyib.

 

OPEK kralının Çinə göz dikməsi ilə bağlı suala cavab olaraq Əbdüləziz bin Salman deyib ki, o, Çinin neftə tələbatının hələ də artdığına inanır və bu, Səudiyyə Ərəbistanının ələ keçirməyə can atdığı bir sahədir.

 

Xatırladaq ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır və səudiyyəlilər aprel ayında Çinin ən böyük əmtəə tədarükçüsü kimi üstünlük qazanıblar.

 

Səudiyyə Ərəbistanının Nazirlər Kabineti mart ayında  Rusiya, Hindistan, Pakistan və digər dörd Mərkəzi Asiya ölkəsini tamhüquqlu üzvlər siyahısına daxil edən Çinin rəhbərlik etdiyi təhlükəsizlik bloku olan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulma qərarını təsdiqləyib. Nazir Səudiyyə-Çin əlaqələrinin güclənməsini tənqid edən skeptiklər barədə suala belə cavab verib: “Mən buna məhəl qoymuram”.

 

O, biznes əməliyyatlarını ölkələr arasında bölüşdürülməsi lazım olmayan bir qazana bənzədib və Səudiyyə Ərəbistanının “imkanların gəldiyi yerə gedəcəyini” deyib.

 

“Bunun siyasi tərəfi yoxdur. Bunda strateji heç nə yoxdur. Biz Səudiyyə Ərəbistanıyıq, biz inanırıq ki, çoxlu qlobal imkanlar var”, - nazir qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...