İran ABŞ-ın “sevmədiyi” ölkələrlə əməkdaşlığı gücləndirir

İran ABŞ-ın “sevmədiyi” ölkələrlə əməkdaşlığı gücləndirir

İran prezidenti İbrahim Rəisi ABŞ ilə münasibətləri pis olan, Qərbin siyasi liderliyinə qarşı çıxan Cənubi Amerikanın üç ölkəsinə səfər turuna başlayıb.

 

Sfera.az xəbər verir ki, prezident bu gün səhər saatlarında Tehranı tərk edib və ABŞ-nin sanksiyaları ilə üzləşən Venesuela, Kuba və Nikaraquaya dövlət səfərləri edib.

 

Beş gün davam edəcək səfər Venesueladan başlayacaq.

 

Bu, Rəisinin prezidentliyə başladığı 21 ay ərzində 13-cü xarici səfəridir. Prezidenti xarici işlər, neft, müdafiə və səhiyyə nazirləri, aparat rəhbəri və siyasi məsələlər üzrə müavini müşayiət edir.

 

“İran İslam Respublikası ilə Latın Amerikasındakı müstəqil ölkələr arasında əlaqələr strateji xarakter daşıyır. Bizim və bu üç ölkənin mövqeyi imperializmə və birtərəfliliyə qarşı durmaqdır”, - Rəisi yola düşməzdən əvvəl deyib.

 

İran adıçəkilən 3 ölkədən Venesuela ilə daha yaxın əlaqələrə malikdir. Rəisinin bu ölkəyə səfəri Səudiyyə Ərəbistanına gəlişindən bir həftə sonraya təsadüf etməsi də maraq doğurur. İran və Səudiyyə Ərəbistanı mart ayında Çinin vasitəçiliyi ilə əldə edilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər ki, bu da Səudiyyə Ərəbistanının Yəməndə İran tərəfindən dəstəklənən husilərlə yaxınlaşmasına və Suriya prezidenti Bəşər Əsədin Ərəb Liqasına qayıdışına zəmin hazırladı.

 

Tehranın Kuba ilə əlaqələri genişlənir. Keçən ay Kuba nümayəndə heyəti Tehranda olub və İran rəsmilərinin dediyinə görə, biotexnologiya, səhiyyə, ticarət, bankçılıq, kənd təsərrüfatı və idman sahələrində əməkdaşlığı əhatə edən 13 saziş imzalayıb.

 

İran kimi, Nikaraqua da 2018-ci ildə hökumətin etirazları yatırmasından sonra ABŞ və Avropa sanksiyalarının hədəfinə çevrilib. Bu səbəbdən Nikaraqua da İranla əməkdaşlığa böyük önəm verir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...