Putin Cənubi Afrikadakı sammitə qatılsa həbs olunacaq? – Çıxış yolları axtarılır

Putin Cənubi Afrikadakı sammitə qatılsa həbs olunacaq? – Çıxış yolları axtarılır

Cənubi Afrika hakimiyyəti BRİKS sammiti ilə bağlı Rusiyaya üç variant təklif edib.

 

Sfera.az bildirir ki, bu barədə  ölkənin “The Sunday Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakı Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarı ilə çətinləşir.

 

“Çıxış yollarından biri Rusiya Xarici İşlər Nazirliyinin Putini sammitdə təmsil etməsini nəzərdə tutur. Digər həll yolu isə Putinin videobağlantı vasitəsilə iştirak etməsidir. Həmçinin Cənubi Afrika iclas keçirmək üçün Çinə üz tuta bilər”, deyə qəzet əlavə edib.

 

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi  Putinin həbsinə order verib. Rusiya isə beynəlxalq məhkəmənin qərarını tanımır. Cənubi Afrikada isə bu təşkilatın yurisdiksiyasını tanısalar da, Rusiya liderini həbs etməyəcəklərinə söz veriblər.

 

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkə həbs təhlükəsindən asılı olmayaraq, sammitdə lazımi səviyyədə iştirak edəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...